Argentinanın kənd təsərrüfatı naziri Azərbaycana gələcək

Argentinanın kənd təsərrüfatı naziri Azərbaycana gələcək
# 26 noyabr 2012 13:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Noyabr 27-28-də baş tutacaq səfər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə baş tutacaq. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Səfər zamanı argentinalı qonaqların Azərbaycan prezidenti İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

Sabah Kənd Təsərrüfatı Nazirliyində Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş və «Azərbaycanda aqrar-sənaye sektorunun inkişafı ilə bağlı strateji Master Planı»nın Argentina tərəfindən təqdimatı olacaq. Qonaqların səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR