Azərbaycanda əsas kapitala yatırılan sərmayə 29% artıb

Azərbaycanda əsas kapitala yatırılan sərmayə 29% artıb
# 24 dekabr 2012 14:44 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 2 878,9 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən əsas kapitala yönəldilən sərmayənin həcmi 29,1% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitin 2 626,8 mln. manatı və ya 91,2%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR