Şəmkir rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb

Şəmkir rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb
# 16 dekabr 2012 19:41 (UTC +04:00)

Bakı-APA. Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin “112” qaynar xəttinə daxil olmuş məlumatda bildirilib.

Dərhal nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

“VAZ” markalı avtomobildə şəxsiyyəti məlum olmayan iki nəfər hadisə yerində ölüb və onların cəsədləri sıxılmış vəziyyətdə avtomobildə qalıb.

Xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR