“Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında qalmaqal düşüb

“Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında qalmaqal düşüb
# 14 dekabr 2012 15:05 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının bu gün keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu zamanı qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi ilk hissədən sonra fasilədə dava düşüb.


Belə ki, komandaların azarkeşləri oturacaqları sındıraraq, bir-birinə atmağa başlayıblar. Aranı sakitləşdirmək üçün “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov işə qarışıb. O, paytaxt təmsilçisinin rəhbərliyindən azarkeşlərini sakitləşdirməyi tələb edib.

Həmin anda meydana fişəng də atılıb. Polislər “Neftçi” fanatlarını sakitləşdirməyə çalışsa da, onlar stadionun oturacaqlarını sındırıb, əks düşərgəyə atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR