Gələn il Azərbaycanın ticarət sektorunda 13% artım proqnozlaşdırılır

Gələn il Azərbaycanın ticarət sektorunda 13% artım proqnozlaşdırılır
# 13 noyabr 2012 15:07 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda sosial və digər xidmətlərdə 8,6%, növbəti 3 ildə isə orta illik 5,3% artım, ticarətdə 2013-cü ildə 13%, növbəti 3 ildə isə 9,3% orta illik artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


Nazirin sözlərinə görə, 2013-cü ildə sosialyönümlü layihələrə 5,1 mlrd. manat vəsait ayrılması proqnozlaşdırılır: «Təkcə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 242 məktəb, 212 uşaq bağçası, 11 peşə məktəbi, 19 məktəbdən kənar təhsil obyekti olmaqla 484 obyektin təmir və tikintisi başa çatdırılacaq. Eləcə də, çoxsaylı səhiyyə, idman obyektləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binaları tikilib istifadəyə veriləcək. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət öz müsbət nəticələrini sosial sahələrin dinamikasında da büruzə verir».


Ş.Mustafayev onu da qeyd edib ki, 2013-cü ildə orta aylıq əmək haqqının 3,9% artaraq 440,3 manata, 2016-cı ilə qədər isə 562,7 manata çatacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR