Misirdə prezidentin əleyhinə müddətsiz etiraz aksiyası təyin olunub

Misirdə prezidentin əleyhinə müddətsiz etiraz aksiyası təyin olunub
# 24 noyabr 2012 01:46 (UTC +04:00)

Bakı-APA. Misirin liberal-demokratik qüvvələri prezident Məhəmməd Mürsi tərəfindən qəbul edilmiş yeni konstitusiya bəyannaməsinin əleyhinə olaraq müddətsiz etiraz aksiyası elan ediblər.

Noyabrın 22-də Məhəmməd Mürsi yeni konstitusiya bəyannaməsini elan edib. Bəyannaməyə görə prezidentə müstəsna qanunverici səlahiyyətlər verilir, məhkəmə orqanları isə parlamentin yuxarı palatasının və yeni konstitusiya üzərində işləyən komissiyanın üzərində nəzarət funksiyasını itirirlər. Ölkənin demokratik qüvvələri bəyannaməyə qarşı sərt çıxış edərək Mürsinin hərəkətlərini «çevriliş» adlandırıblar. Bir sıra ölkələr, o cümlədən ABŞ da narahatlıqlarını ifadə ediblər.

Misir prezidenti administrasiyasının rəsmi nümayəndəsi Yasir Əli yeni konstitusiya bəyannaməsinin ölkənin bütün siyasi qüvvələri ilə müzakirədən sonra qəbul olunduğunu bildirib.

Buna baxmayaraq, prezidentin minlərlə əleyhdarı böyük şəhərlərin küçələrinə çıxıblar. Bir sıra şəhərlərdə Mürsini dəstəkləyən «Müsəlman qardaşlar» hərəkatının qərargahları yandırılıb.

Eyni zamanda Qahirədə «Müsəlman qardaşlar»ın Mürsini dəstəkləyən aksiyası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR