BMT: «Əl-Qaidə» Avropada terror aktları törədə bilər

BMT: «Əl-Qaidə» Avropada terror aktları törədə bilər
# 15 noyabr 2012 02:54 (UTC +04:00)

Bakı-APA. «Əl-Qaidə»nin Avropada terror aktı törətmək təhlükəsi hələ də qalmaqdadır. Bu barədə Almaniyanın BMT yanındakı daimi nümayəndəsi Peter Uittiq bəyan edib.

«Əl-Qaidə» və onun əlaltıları Avropada terrorçu strukturların yaradılması üzərində işləyirlər. Bu bölgədə terror aktlarının baş vermə təhlükəsi qalmaqdadır», deyə Uittiq BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. Uittiq qeyd edib ki, 2011-ci ilin mayında şəbəkənin başçısı Üsamə ben Ladenin məhv edilməsindən sonra təşkilatın fəaliyyəti daha da mürəkkəbləşib. Onun sözlərinə görə, indi «Əl-Qaidə» şəbəkəsi bir çox ölkələrdə özünə dəstək qazanıb və güclü silahlılar ordusuna malikdir.

Peter Uittiq BMT Təhlükəsizlik Şurasının «Əl-Qaidə», onunla bağlı şəxslər və təşkilatlar komitəsinə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR