Azərbaycanın gənc pianoçusu Böyük Britaniyada keçirilən beynəlxalq müsabiqədə I yeri tutub - FOTO

Azərbaycanın gənc pianoçusu Böyük Britaniyada keçirilən beynəlxalq müsabiqədə I yeri tutub - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 15:13 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanın gənc musiqiçisi, prezident təqaüdçüsü Nərmin Nəcəfli Böyük Britaniyada keçirilən müsabiqədə I yeri qazanıb.

APA-nın məlumatına görə, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı olan həmyerlimiz birinciliyi Böyük Britaniyanın Nyukasl şəhərində keçirilən gənc pianoçuların V Beynəlxalq müsabiqəsində əldə edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu müsabiqəyə qatılan Nərmin Nəcəfli 12-16 yaş qrupunda birinci yerə layiq görülüb. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İsveç, İspaniya, İtaliya, İndoneziya, Fransa, Rumıniya, Çin Xalq Respublikası, Cənubi Koreya, Finlandiya və Çexiyadan olan musiqiçilər qatılıblar. Baxmayaraq ki, Böyük Britaniyanın müxtəlif bölgələrinin məşhur musiqi məktəblərinin (Belsize Music Academy, Birmingham Conservatoire, Pianokids studio, Royal College of Music, Royal Conservatoire of Scotland, The Purcell School, The Yehudi Menuhin school, The William Mathias Music Centre Caernarfon, Wells Cathedral School, Windsor Piano School) yetirmələri də bu müsabiqəyə qatılıblar.

Birinci mükafata Azərbaycanı təmsil edən yeganə iştirakçı Nərmin Nəcəfli layiq görülüb. II yeri Böyük Britaniya, III yeri isə Böyük Britaniya, Finlandiya və Çexiyadan olan gənc musiqiçilər əldə ediblər. Böyük Britaniyadakı qalibiyyət həmyerlimizin noyabr ayında qazandığı ikinci mükafatdır. N.Nəcəfli eyni zamanda İtaliyanın Seregno şəhərində keçirilən Beynəlxalq müsabiqədə böyük yaş qrupunda (15-17) II yerə və pul mükafatına layiq görülüb. Həmyerlimiz cari ildə üç beynəlxalq müsabiqədə iştirak edib və hər üçündə qalib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR