Azərbaycanın Sudanda akkreditə olunmuş səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri ilə görüşüb

Azərbaycanın Sudanda akkreditə olunmuş səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri ilə görüşüb
# 11 dekabr 2012 14:58 (UTC +04:00)

Baklı-APA. Azərbaycanın Sudanda akkreditə olunmuş səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əhməd Əl-Tahir BMT, İslam əməkdaşlıq təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində Sudanla Azərbaycan arasında əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdırıb və ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib.

Səfir Şahin Abdullayev Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında Sudan parlamentinin sədrinə ətraflı məlumat verib və Sudanın tutduğu ədalətli mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin fəal rol oynadığını qeyd edən Səfir Ş. Abdullayev hər iki ölkənin qanunverici orqanları arasında dostluq qruplarının yarıdılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

Əhməd Əl-Tahir görüşdə Səfir tərəfindən qaldırılan məsələlərlə razılaşdığını və adıçəkilən məsələlərin həyata keçirilməsinə hazır olduqlarını diqqətə çatdırlb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR