Şirvanda yaşayış evində partlayış olub, iki nəfər xəsarət alıb

Şirvanda yaşayış evində partlayış olub, iki nəfər xəsarət alıb
# 26 noyabr 2012 06:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şirvanda yaşayış evində partlayış olub. APA-nn Fövqəladə Hallar Nazirlinin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib. Nəticədə mənzilin eyvanının şüşələri qırılıb, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR