Rusiyada iki Azərbaycan vətəndaşı həbs olunub

Rusiyada iki Azərbaycan vətəndaşı həbs olunub
# 28 noyabr 2012 12:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyasının Zabaykalye diyarının polisi “Penza-Vladivostok” istiqamətində hərəkət edən sərnişin qatarında heroin aparan 2 Azərbaycan vətəndaşı və bir İrkutsk sakinini saxlayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ümumi çəkisi 3,5 kq olan heroin içində şəkər və meyvə şirəsi olan qutuların alt hissəsində aşkarlanıb. Saxlanılan şəxslər heroini Omskdan Primorsk vilayətinə aparırmış.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR