İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkənlərin vəziyyəti daha da ağırlaşıb - FOTOSESSİYA

İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərərçəkənlərin vəziyyəti daha da ağırlaşıb   - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2012 11:13 (UTC +04:00)

Şərqi Azərbaycanda yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, son günlər davamlı yağan qar yaşayış vəziyyətini bir qədər də çətinləşdirib: “Qaradağ dağlıq bölgə olduğu üçün bütün qışı qarlı-şaxtalı keçir. Artıq bir neçə gündür ki, fasiləsiz qar yağır. İslanmaqdan qorumaq üçün bəziləri çadırları sellofanla örtsələr də faydası olmur. Soyuqdan və şəraitsizlikdən daha çox yaşlılar və uşaqlar əziyyət çəkir. Zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar himayəsiz qalıb. Kəndlərdə tibb məntəqəsi olmadığından xəstələnən insanlar tibbi yardım ala bilmirlər”.

Zəlzələ bölgəsinə baş çəkən təbrizli fəallar da APA-ya orada vəziyyətin ağırlaşdığından danışıb: “Camaat qab-qaşığını, paltarını, əl-üzünü bayırda yuyurlar. Şaxtadan su gölməçələri də donub. Məişətdə istifadə etmək üçün su tapılmır. İçməli suya da ciddi ehtiyac var. Soyuq çadırlarda qripdən və sətəlcəmdən qızdırma içində yatan soydaşlarımızı gördük. Müalicə üçün qəbul etməyə dərman tapılmır. İslanmış çadırlarda rütubət və kif qoxusu var. Yağan güclü qar nəticəsində Vərzigan şəhərində məktəb tətil oldu. Ucqar kəndlərdə isə vəziyyət daha ağırdır. Şaxta insanın üzünü-əlini kəsir, qızınmağa yer də yoxdur. Yollar gündüzlər palçıqlı olur, gecələr isə buz bağlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR