Azərbaycanda 2 institut direktoru işdən azad olunub, 3-nün isə yeri dəyişdirilib

Azərbaycanda 2 institut direktoru işdən azad olunub, 3-nün isə yeri dəyişdirilib
# 19 noyabr 2012 13:40 (UTC +04:00)

Belə ki, institutun bəzi region filiallarının direktorları işdən azad edilib, bəzilərinin isə yerləri dəyişdirilib”. Bu barədə APA-ya AMİ-nin rektoru Aqiyə Naxçıvanlı məlumat verib.

O bildirib ki, bir neçə rayondakı filial direktorlarının yol verdiyi müəyyən nöqsanlar nəticəsində instituta bir çox ərizə və şikayətlər daxil olub. Rektorun sözlərinə görə, bir yerdə oturuşmuş adam artıq çox arxayınlaşır və bir çox işləri görməkdə maraqlı olmur. Kollektivin bəzi üzvləri düzgün iş qura bilmədikləri üçün onlara dəfələrlə xəbərdarlıq edilib: “Lakin heç bir nəticəsinin olmadığını gördükdə qərara gəldik ki, bəzilərinin yerini dəyişək, bəzilərini isə işdən azad edək. Quba, Qazax və Şamaxı filialının direktoru işdən azad olundu, Zaqatala və Mingəçevir filiallarının direktorlarının isə yeri dəyişdirildi. Ağcabədi filialının direktorunun fəaliyyəti isə hazırda çox dərindən yoxlanılır. Mənə elə gəlir ki, bu proses hələ də davam edəcək. Çünki bizim qarşımızda ölkə rəhbəri çox ciddi məsələlər qoyub və biz bunların öhdəsindən gəlməliyik. Müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi çox vacib məsələdir. Ancaq bir neçə filiallarda bu proses yalnız şərti məsələ kimi aparılır və ciddi nəzarət olunmur. Bəzi rayonlarda tələbələr dərsdən buraxılır, onlara ciddi nəzarət yoxdur. Ona görə də müasir dövrdə təhsil qarşısında belə mühüm məsələlərin həlli üçün filiallarda ciddi kadr dəyişikliyinə ehtiyac var. 20 ildən artıq oturan insanlar artıq köhnəlir və instituta yeni innovativ təlimlər gətirə bilmirlər. Ona görə də bu qərara gəldik və proses gələcəkdə də davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR