Macarıstan Bakı-Budapeşt aviareysinin açılmasında maraqlıdır

Macarıstan Bakı-Budapeşt aviareysinin açılmasında maraqlıdır
# 05 dekabr 2012 09:48 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında birbaşa aviaəlaqə mövcud deyil: «Macarıstan Bakı ilə Budapeşt arasında birbaşa aviareysin açılmasında maraqlıdır. Bu aviareys iki ölkə arasında mövcud əlaqələri bir qədər də inkişaf etdirə bilər».

P.Siyarto onu da bildirib ki, Macarıstanın «Wizz Air» aviaşirkəti artıq bu istiqamətdə müvafiq işlər aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR