Bank Of Baku

Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO

Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
# 15 iyul 2026 22:18 (UTC +04:00)

"Euronews" telekanalı IV Şuşa Qlobal Media Forumuna həsr olunmuş reportaj yayımlayıb.

Reportajda verilən məlumata görə, forum çərçivəsində süni intellektin, dezinformasiyanın və ictimai etimadın azalmasının jurnalistikaya təsiri geniş müzakirə olunub.

Qeyd edilib ki, media nümayəndələri, siyasətçilər və beynəlxalq təşkilatların təmsilçiləri xəbər qurumlarının bu çağırışlara etibarlılığı qorumaqla necə cavab verə biləcəyini müzakirə ediblər.

"Euronews"un məlumatına görə, müzakirələr zamanı süni intellektin jurnalistikaya təsiri, dezinformasiyanın artan rolu və sərhədlərarası dialoqun əhəmiyyəti ön plana çıxarılıb.

Reportajda vurğulanıb ki, iştirakçıların fikrincə, texnologiyaların media mühitini dəyişdirdiyi bir dövrdə məsuliyyətli jurnalistika, şəffaflıq və faktların yoxlanılması ictimai etimadın möhkəmləndirilməsində həlledici rol oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR