Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub - YENİLƏNİB

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Günü qeyd olunub - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2012 18:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi ölkənin dövlət quruculuğunun 41-ci ildönümü münasibətilə qəbul mərasimi təşkil edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nın Azərbaycandakı səfiri Salem Xəlifə Əl-Ğafli Azərbaycanın bu ölkənin strateji tərəfdaşı adlandırıb: “Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri üçün əsas strateji tərəfdaşlardan biridir. Ölkələrimiz arasında səmərəli siyasi və iqtisadi əlaqələr var. Bu yaxınlarda Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisinin açılması da bu əlaqələrə gözəl nümunədir”. O həmçinin bildirib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək ölkəmizin BƏƏ ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə böyük önəm verdiyini deyib. Nazir iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəfdən istək və siyasi iradənin mövcudluğunu diqqətə çatdırıb. Əməkdaşlığın inkişafında Azərbaycan – BƏƏ hökumətlərarası komissiyanın böyük rol oynadığını deyən Şahin Mustafayev bu ay Abu-Dabidə qeyd olunan komissiyanın növbəti iclasının keçiriləcəyini, iclasda iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün təklif və layihələrin müzakirə olunacağını deyib.

O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda BƏƏ-nin 122 şirkəti fəaliyyət göstərir və Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisinin açılması ilə iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək. Nazir Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruculuğunu 41-ci ildönümü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb.

Tədbirdə müxtəlif nazirliklərin, siyasət və biznes elitasının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, tədbirdə həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik əlaqələrinin qurulmasının 20 illiyi də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR