XIV əsrin əvvəllərinə aid Azərbaycan kitab sənəti nümunəsinin surəti aşkarlanıb

XIV əsrin əvvəllərinə aid Azərbaycan kitab sənəti nümunəsinin surəti aşkarlanıb
# 05 dekabr 2012 12:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu XIV əsrin əvvəllərinə aid Azərbaycan kitab sənəti nümunəsinin surətini əldə edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, əlyazma nüsxəsi Tehranın Məclis Kitabxanasından əldə edilib.

Hülakülər-Elxanilər dövründə, 1323-cü ilin aprelində gözəl nəsx xətti ilə köçürülmüş bu əsər Quran nüsxəsidir. 248 vərəqdən ibarət Quran Təbrizdə köçürülüb. Səhifələrin kənarında Bəyzavinin Quran təfsirindən hissələr köçürülüb.

Nüsxə Azərbaycan əlyazma kitabı sənətinin əski dövrlərini öyrənmək baxımından maraq kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR