Strateji Araşdırmalar Mərkəzinin direktoru Bakı Ali Neft Məktəbində məruzə ilə çıxış edib - FOTO

Strateji Araşdırmalar Mərkəzinin direktoru Bakı Ali Neft Məktəbində məruzə ilə çıxış edib   - <span style="color: red;">FOTO
# 15 dekabr 2012 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan məktəbin rektoru Elmar Qasımov BANM-in peşəkar kadr hazırlığı və gənclərin gələcək layihələrdə rolundan danışıb.

Ardınca SAM-ın direktoru Fərhad Məmmədov çıxış edib. O qeyd edib ki, klassik coğrafiya mənasında ölkəmiz Avropada yerləşir, dil və mədəniyyət cəhətdən Azərbaycan türk dünyasına aiddir, din nöqteyi-nəzərdən isə ölkəmiz İslam dünyasının bir parçasıdır: “Azərbaycan həmçinin postsovet məkanına da aiddir və MDB kimi təşkilatın üzvüdür. Lakin biz Qafqaz, Qara dəniz, Xəzər regionlarını nəzərdən keçirtsək, görəcəyik ki, bu vacib regionlarda da Azərbaycanın adı var. 90-cı ildə biz müttəfiq axtarırdıq, bu dövrdə yalnız Türkiyə kimi tərəfdaşımız var idi, amma bu gün sadaladığım regionlarda öz kimliyimizi, maraqlarımızı müəyyən etdik və bu istiqamətdə müəyyən addımlar atdıq”.

F.Məmmədov həmçinin Azərbaycanın dünyada olan mövqeyindən də danışıb: “Son 5 ildə ölkəmizdə böyük tədbirlər keçirilib. Bu ilin mayında Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik etdi. Bu, 20 yaşı olan ölkə üçün çox böyük nailiyyətidir. Bəzi Avropa, MDB ölkələr ikili standartları nümayiş etdirirlər. ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr həmçinin BMT TŞ-nin daimi üzvləridir və Ermənistana təsir gücünə malikdir, amma bir neçə il bundan əvvəl onlar BMT-də Ermənistanın Azərbaycan torpaqlarını işğalını tanıyan qətnamənin əleyhinə səs verdilər. Pakistan bu gün Ermənistan dövlət kimi tanımır, lakin bu real təsir gücü deyil. Türkiyənin torpaqlarımızın işğalına görə Ermənistanla sərhədləri bağlaması isə çox böyük təsir göstərə bilər. GUAM-a daxil olan ölkələrin çoxu passivdir, yalnız Azərbaycan fəallıq nümayiş etdirir. Həmçinin ölkəmiz türk dünyasında təşkilatı təşəbbüsləri irəli sürür, TürkPA-da azərbaycanlı sədrik edir, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Ermənistan layihələrdən kənarda qalıb ki, bu da ölkəmizin məqsədyönlü siyasəti nəticəsidir”.

SAM-in direktoru Xəzərin statusu ilə də bağlı danışıb. O qeyd edib ki, bu məsələ kifayət qədər mürəkkəbdir və Azərbaycan bu məsələ ilə bağlı öz məsuliyyəti öz üzərinə götürür. Onun sözlərinə görə, 1990-cı illərdə ölkəmiz Rusiya Xəzər dənizinin sektorlara bölüşdürülməsi ilə bağlı təklifini qəbul edib, amma sonradan Transxəzər borusu ortaya çıxanda Rusiya öz mövqeyini dəyişdirib.

Tədbirin sonunda Elmar Qasımov Fərhad Məmmədovu fəxri qonaq diplomu ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR