AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
# 20 dekabr 2012 08:52 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib. APA-nın məlumatına görə, həmməruzəçilər Pedro Aqramunt və Jozef Debono Qrexin hazırladığı hesabat, həmçinin Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq. Bundan başqa qış sessiyasının gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, “Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət” adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin müzakirəsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR