Riçard Morninqstar: “İnsan alveri ilə bağlı mövcud statistika aysberqin görünən hissəsidir”

Riçard Morninqstar: “İnsan alveri ilə bağlı mövcud statistika aysberqin görünən hissəsidir”
# 06 dekabr 2012 08:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. “Traffikinq termininə həm məcburi əməyə cəlb etmə, həm də cinsi istismar daxildir. Tək xarici vətəndaşlar deyil, ölkə vətəndaşları da traffikinqə məruz qala bilərlər”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ATƏT-in Bakı Ofisi tərəfindən təşkil olunan “İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Səfir ABŞ-ın dövlət katibi Hillari Klintonun bu məsələ ilə bağlı narahatçılığını dəfələrlə bildirdiyini xatırladıb: “Dünyada hər il 20 milyon kişi, qadın, uşaq insan alverinin qurbanı olur. Onlardan 2 milyon fakt Cənubi və Şərqi Avropada qeydə alınıb. 14 milyon insan isə məcburi əməyə cəlb olunub. Bu, çox böyük rəqəmlərdir. Lakin bu, aysberqin görünən hissəsidir. Bu problemlə mübarizə aparmaq üçün müvafiq mərkəzlər yaradılır, bu işə QHT-lər cəlb olunur. Biz bu işə həmçinin özəl sektoru da cəlb edirik. Azərbaycanda bizim çox yaxşı tərəfdaşlığımız var. İnsan alveri ilə mübarizə üçün biz prokurorlar və vəkillərlə çalışırıq. Birgə əməkdaşlıq – insan alverinə qarşı mübarizədə ən effektiv vasitədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR