Azərbaycandakı yod-brom zavodunun ərazisi radioaktiv tərkibli kömürlərdən təmizlənəcək - FOTO

Azərbaycandakı yod-brom zavodunun ərazisi radioaktiv tərkibli kömürlərdən təmizlənəcək   - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 10:21 (UTC +04:00)

APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib.

F.Tağızadə qeyd edib ki, hazırda bununla bağlı FHN tərəfindən müvafiq layihə hazırlanır və araşdırmalar aparılır.

«Azərbaycanda radioaktiv mənbələrin aşkar edilməsi və aradan qaldırılması istiqamətində FHN tərəfindən müvafiq işlər aparılır. Bu kontekstdə Bakı Yod Zavodunun ərazisi təmizləndi. Növbəti addım olaraq Neftçalada işlər həyata keçiriləcək», - deyə nazir müavini vurğulayıb.

Nazir müavininin sözlərinə görə, dövlət başçısının tapşırığı ilə həyata keçirilən işlər artıq öz nəticəsini verir. Artıq Abşeron yarımadasında radioaktivlik fonu normal səviyyədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR