Ötən il Azərbaycanda 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşr uçota götürülüb

Ötən il Azərbaycanda 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşr uçota götürülüb
# 05 fevral 2013 14:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Azərbaycanda 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 182 mətbu nəşr uçota götürülüb.

APA-nın məlkumatına görə, bu barədə Ədliyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

İclasda qeyd olunub ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı son illər kəskin artaraq 4,4 milyona çatıb. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılıb. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən il də davam edib. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3800-ü, KİV-in sayı isə 4700-ü ötüb.

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində elektron formata keçirilərək “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam formalaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR