Heydər Əliyev Mərkəzinin binası dünya memarlığında seçilir - FOTO

Heydər Əliyev Mərkəzinin binası dünya memarlığında seçilir - <span style="color: red;">FOTO
# 22 noyabr 2012 08:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası siyahıdakı 25 möhtəşəm tikili sırasında ilk onluqdadır. “Business insider” saytının məlumatında Heydər Əliyev Mərkəzinin binasının muzey, müxtəlif auditoriya və konfrans zallarından ibarət olduğu bildirilir. Qeyd olunur ki, şüşə fasad binanın günəş işığı ilə maksimum təminatına imkan verir. Görkəmli binalar siyahısına Türkiyədəki Bodrum Beynəlxalq Aeroportu, Moskvadakı “Mercury City Tower”, Kanadanın Mississauqa şəhərindəki “Absolute World Towers”, Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərindəki “Al Bahar Towers”, Dubaydakı “23 Marina” binası (o, dünyanın ən hündür yaşayış binasıdır), ABŞ-ın Pensilvaniya ştatındakı Barnes Fondu, Norveçin paytaxtı Osloda DnB NOR bankın baş ofisi və digərləri daxildir.

Saytın araşdırmalarına görə, 2012-ci il memarlıq dünyasında memar və mühəndislərin yeniliklərinin sərhədlərini genişləndirməsi baxımından yaddaqalan olub.

Siyahı tərtib edilərkən açılışı bu il olmuş binalar-qüllələrdən tutmuş meydanlara, hava limanlarına qədər araşdırılıb. Seçim zamanı tikililərin yenilikçilik, yaradıcılıq, davamlılıq xüsusiyyətləri, quruluşu və yaratdığı səs-küy nəzərə alınıb, memar, mühəndis, dizayner, tənqidçi və alimlərin rəyi öyrənilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın nüfuzlu “Architectural digest” jurnalı da 2012-ci il üzrə ən böyük və möhtəşəm memarlıq nümunələrinin siyahısını tərtib edib. Bakıdakı Heydər Əliyev Mərkəzinin binası həmin 12 tikili arasında ilk beşlikdə yer alıb.

Heydər Əliyev Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli sərəncamı əsasında yaradılıb. Mərkəzin binasının tikintisinə 2007-ci ildən başlanılıb, 2012-ci il may ayının 10-da isə rəsmi açılışı olub.

Mərkəz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Azərbaycan tarixi, mədəniyyəti, dilinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğini həyata keçirir, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verir, onların inkişafına xidmət edən layihələr reallaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR