«Şahdəniz» yatağındakı quyuda problem yaranıb

«Şahdəniz» yatağındakı quyuda problem yaranıb
# 04 dekabr 2012 14:24 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ekspertlər quyudakı problemin aradan qaldırılması üzərində işləyirlər: «Bu işin tezliklə başa çatmasını biz də istəyirik, çünki artıq qışdır və bizə əlavə qaz lazımdır».

R.Abdullayev həmçinin qeyd edib ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlər qrafikə uyğun olaraq gedir və bununla bağlı ARDNŞ-in və hökumətin iradları yoxdur: «Bura «Şahdəniz» yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və s. layihələr aiddir. Bu işlər qaydasında, qrafikə uyğun olaraq gedir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR