Reyslərin coğrafiyasına görə dünyanın aparıcı aviaşirkəti müəyyənləşib

Reyslərin coğrafiyasına görə dünyanın aparıcı aviaşirkəti müəyyənləşib
# 22 noyabr 2012 13:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Fəaliyyətinin miqyasına görə dünyanın ən qabaqcıl aviaşirkəti müəyyənləşib.

«APA-Economics»in məlumatına görə, 90 ölkənin 205 şəhərinə aviareyslər yerinə yetirən «Türk Hava Yolları» aviaşirkəti fəaliyyətinin miqyasına görə lider olub. Buna baxmayaraq, aviaşirkət daha 30 yeni aviareys açmaq niyyətindədir. Eyni zamanda, 2023-cü ildə «Türk Hava Yolları» Rusiya, Mərkəzi Asiya, Afrika, Amerika və Şərqə yeni aviareyslər təşkil edərək Avropada mövqeyini möhkəmləndirməyi planlaşdırır.

Uçuş coğrafiyasını genişləndirməzdən öncə, «Türk Hava Yolları» fəaliyyətinin miqyasına görə 7-ci yerdə olub. Şirkət «United Airlines», «Delta Air Lines», «American Airlines», «Air France-KLM» birliyi, «Lufthansa» və «US Airways» kimi şirkətlərdən geridə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR