İordaniya səfiri: “Təəssüf ki, Azərbaycanla dəbilqə və bədən zirehinin istehsalı layihəsi təxirə salındı”

İordaniya səfiri: “Təəssüf ki, Azərbaycanla dəbilqə və bədən zirehinin istehsalı layihəsi təxirə salındı”
# 05 dekabr 2012 13:34 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Adeylah bildirib.


Səfirin sözlərinə görə, İordaniyanın Kral II Abdullahın Layihə Bürosu (KADDB) ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında yaxşı əlaqələr mövcuddur.

Hazırda tərəflərin birgə layihələr üzərində danışıqlar apardıqlarını deyən səfir tərəflər arasında 2010-cu ildə imzalanmış, İordaniyanın lisenziyası əsasında Azərbaycan müəssisəsində dəbilqə və bədən zirehlərinin istehsalına dair layihənin təxirə salındığını da təsdiqləyib: “Təəssüf ki dəbilqə və bədən zirehinin istehsalı layihəsi təxirə salındı. Amma digər layihələr var və ola bilsin ki onlarla bağlı razılıq əldə edək”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR