FİFA futbol tarixində yeni qaydaya razılıq verdi

FİFA futbol tarixində yeni qaydaya razılıq verdi
# 05 dekabr 2012 11:26 (UTC +04:00)

Bakı – APA. Sabah start götürəcək klublararası dünya çempionatının açılış matçı futbol tarixində yeniliklə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, neçə illərdir müzakirə olunan qolların avtomatik qeydə alınması sistemi rəsmən debüt edəcək.

Belə ki, FİFA çempionatın “Oklend Siti” (Yeni Zelandiya) – “Sanfreççe Hirosima” (Yaponiya) arasında baş tutacaq matç zamanı qolların “GoalRef” texnologiyası sayəsində qeydə alınmasına razılıq verib.

Adıçəkilən sistem ondan ibarətdir ki, qapının içində maqnit sahəsi yaradılır və topların içinə xüsusi mikroçip yerləşdirilir. Top xətti keçdikdə maqnit sahəsində dəyişiklik qeydə alınır. Qolların bu cür qeydə alınması daha çox həndbolda istifadə olunur.

Qeyd edək ki, gələn il keçiriləcək Konfederasiyalar kuboku zamanı da “Goalref” sistemindən istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR