NATO Türkiyədə “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı bəyanatla çıxış edib

NATO Türkiyədə “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı bəyanatla çıxış edib
# 24 dekabr 2012 08:49 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. NATO Türkiyədə “Patriot” raketlərinin yerləşdirilməsi ilə bağlı bəyanatla çıxış edib. APA-nın alyansın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Türkiyənin hava hücumundan müdafiə qabiliyyətinin artırılmasına üç ölkə - Almaniya, Hollandiya və ABŞ razılıq verib. Alyans komandanlığının Türkiyə ilə birlikdə qəbul etdiyi qərara əsasən, bu ölkələrin hər biri Türkiyəyə iki “Patriot” batareyası təqdim edəcək. Almaniya bu sistemləri Qəhrəmanmaraşda, Hollandiya Adanada, ABŞ isə Qaziantepdə yerləşdirəcək.

“Raket komplekslərinin yerləşdirilməsi yaxın həftələr ərzində gerçəkləşəcək və bu, sırf müdafiə xarakteri daşıyacaq. Məqsəd Türkiyəyə qarşı istənilən təhdidin qarşısının alınması, ölkə əhalisinin və ərazisinin müdafiəsi, NATO ölkələrindən birinin cənub-şərq sərhədlərində böhranın eskalasiyasına yol verməməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR