Çıraq Neft Layihəsi çərçivəsində «Qərbi Çıraq» platforması üçün dayaq blokunun tikintisi başa çatıb - FOTO

Çıraq Neft Layihəsi çərçivəsində «Qərbi Çıraq» platforması üçün dayaq blokunun tikintisi başa çatıb   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 07:41 (UTC +04:00)

Tikintisinə 2010-cu ildə başlanan dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur. Platforma bu ilin oktyabrında STB-1 daşıma barjasına yüklənib. Blok ilin sonunadək barjanın üzərində qalacaq ki, ÇNL layihəsi üçün hazırda quraşdırılmaqda olan sualtı boru kəmərlərinin inşası başa çatsın.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin əvvəlində dayaq blokunun dənizdə quraşdırılmaq üçün yola salınması planlaşdırılır. Dayaq bloku Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus «BOS Şelf» şirkəti tərəfindən tikilib, tikinti işlərində 2000 nəfər çalışıb.

Layihənin operatoru olan BP şirkətinin məlumatına görə, ümumilikdə ÇNL üzrə tikinti işlərinin 83%-i artıq başa çatıb.

Platformanın üst modullarının tikintisi 90% tamamlanıb və onlar 2013-cü ilin II rübündə dənizə yola salınacaq.

Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahəsinin tarixində ilk dəfə olaraq ÇNL platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir.

Layihənin meneceri İlqar Məmmədov bildirib ki, ümumilikdə ÇNL üzrə tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 3500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır. Bundan başqa, podratçı şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunub və bunun nəticəsi olaraq, ÇNL çərçivəsində ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.

ÇNL-nin ümumi dəyəri 6 mlrd. ABŞ dolları təşkil edəcək. Layihə çərçivəsində ilk neftin gələn ilin IV rübünə əldə edilməsi planlaşdırılıb.

«Qərbi Çıraq» platformasının dayaq blokunun ümumi çəkisi 18 200 ton, hündürlüyü 185 metrdir. Onun ümumi çəkisi 6 700 ton olan 13 payası (12 əsas və 1-i ehtiyat), 7 dik borusu, 8 C-şəkilli borusu və 10 qoruyucu borusu var. Dayaq bloku suyun təqribən 170 metr dərinliyində quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR