“Statoil” şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək - FOTOSESSİYA

“Statoil” şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək - <span style="color: red;">FOTOSESSİYA
# 14 dekabr 2012 12:46 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakı Ali Neft Məktəbi (BANM) ilə “Statoil-Azərbaycan” şirkəti arasında əməkdaşlıq protokolu” imzalanıb.

«APA-Economics»in məlumatına görə, protokolu BANM-ın rektoru Elmar Qasımov və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen imzalayıblar. İmzalanma mərasimində Norveçin Azərbaycandakı səfiri Erling Şonsberqin və digər qonaqlar iştirak ediblər.

Əməkdaşlıq protokolunda “Statoil-Azərbaycan” şirkətinin dəstəyi ilə BANM və Norveçin elm və təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, BANM əməkdaşlarının Norveçə, Norveçin ali təhsil üzrə mütəxəssislərinin Azərbaycana səfərlərinin təşkil edilməsi, “Statoil-Azərbaycan” şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının BANM tələbələri qarşısında mühazirələr oxuması, müxtəlif istiqamətlərdə treninqlər keçirilməsi, Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkil olunması, BANM tələbələrinin “Statoil” şirkətinin Azərbaycanda və xaricdə fəaliyyət göstərən müəssisələrində təcrübə keçməsi üçün şərait yaradılması və başqa məsələlər öz əksini tapıb.


Tədbirdə çıxış edən Norveç səfiri Erling Şonsberqin qeyd edib ki, dinamik inkişaf edən Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiqdir: “Statoil-Azərbaycan” şirkəti ilə BANM arasında imzalanan bu protokol Norveçlə Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdır”.

“Statoil-Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib ki, şirkətin Azərbaycanndakı fəaliyyətinin 20 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçirilib: “Statoil-Azərbaycan” şirkəti təhsil məsələlərinə xüsusi diqqət yetirir və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın neft və qaz sənayesinin inkişafına və bu sahədə insan resurslarının gücləndirilməsinə öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR