Azərbaycanın neft sektorunda hasilatın azalma tempi 7,5%-ə çatıb

Azərbaycanın neft sektorunda hasilatın azalma tempi 7,5%-ə çatıb
# 20 noyabr 2012 12:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft hasilatı ötən ilin analoji dövrünə nisbətən azalıb, qaz hasilatı isə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xam neft hasilatı 36 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 14,4 mlrd. kubmetr təşkil edib. Ötən ilin 10 ayı ilə müqayisədə neft hasilatı 7,5% azalıb, qaz hasilatı isə 6,8% artıb. Xatırladaq ki, yanvar-sentyabr aylarında neft hasilatının illik azalma tempi 7,1% olub.

Ümumiyyətlə, yanvar-oktyabr aylarında mədənçıxarma bölməsində istehsalın həcmi 21,7 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 6,2% az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR