Azərbaycanın “Junior Eurovision” təmsilçiləri əsas səhnədə ilk məşqlərini ediblər - FOTOSESSİYA

Azərbaycanın “Junior Eurovision” təmsilçiləri əsas səhnədə ilk məşqlərini ediblər   - <span style="color: red;">FOTOSESSİYA
# 28 noyabr 2012 13:06 (UTC +04:00)

APA-nın Amsterdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu gün müsabiqə iştirakçılarının əsas səhnədə məşqi keçirilib. Azərbaycan təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərova “Boys and Girls” mahnısını iki rəqqasın müşayiəti ilə ifa ediblər.

12 iştirakçı arasında səhnəyə 4-cü çıxan Azərbaycan dueti 40 dəqiqə ərzində “Eurovision” səhnəsində perfomanslarını nümayiş etdiriblər. Onların uğurlu perfomansını müsabiqəni işıqlandırmaq üçün gələn jurnalistlər yüksək qiymətləndiriblər.

Müsabiqədə ümumilikdə 12 ölkə təmsil olunur. Dekabrın 1-nə kimi hər gün müsabiqənin keçirildiyi “Heineken Music Hall”da keçiriləcək. Azərbaycan “Junior Eurovision” müsabiqəsində ilk dəfə iştirak edir. Bu il “Junior Eurovision” 10-cu ilini qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR