Gürcüstanda enerji tariflərini aşağı salmaq üçün xüsusi komissiya yaradılacaq

Gürcüstanda enerji tariflərini aşağı salmaq üçün xüsusi komissiya yaradılacaq
# 24 noyabr 2012 22:19 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda enerji tariflərini aşağı salmaq üçün xüsusi komissiya yaradılacaq. Enerjidən istifadə tariflərinin aşağı salınması 2015-ci ildə baş tuta bilər.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Gürcü Arzusu” blokunun seçkiqabağı konsepsiyasını hazırlayan Merab Dadiani bəyanat verib. Onun sözlərinə görə, yaradılacaq bu qrup 2015-ci ildən başlayaraq, Gürcüstanda energetikanın milli inkişaf proqramını hazırlayacaq. “Əgər mən desəm ki, bu gün Gürcüstan energetika nazirliyi artıq yanvarın 1-dən elmi əsaslarla enerji tariflərini aşağı salacaq, bu düz olmaz. Əhalini yanlışlığa çəkməyin. Bu, tarifin aşağı salınması yox, dövlətin yardımı, dotasiyası ola bilər. 2015-ci ildən isə yeni yaradılan xüsusi komissiya bu istiqamətdə işləyəcək.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR