MDB sammitində 20 sənəd imzalanıb

MDB sammitində 20 sənəd imzalanıb
# 05 dekabr 2012 15:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclası zamanı 20 sənəddən ibarət saziş paketi imzalanıb. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ilk olaraq hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə Bəyannaməyə imza atılıb. Dövlət başçıları 2013-cü ilin MDB-də “Ekoloji mədəniyyət və müdafiə ili” elan olunması barədə razılığa gəliblər. İştirakçılar birliyin inteqrasiya olunmuş valyuta bazarının təşkili barədə müqavilə də imzalayıblar.

Bundan başqa, MDB ölkələri maliyyə kəşfiyyatı bölmələri rəhbərlərinin şurasının yaradılması barədə qərar qəbul edilib. İclasın yekununda MDB dövlətlərinin hava hücumundan müdafiəsi üçün birgə sistemin inkişafına istiqamətlənmiş perspektivlər qəbul olunub.

Görüşün sonunda həmçinin 2013-cü ildə “Birliyin mədəniyyət şəhəri” dövlətlərarası proqramının Azərbaycan, Ermənistan və Belarusda reallaşdırılması qərara alınıb.

Sammitdə Böyük Vətən müharibəsinin 70 illiyinin qeyd edilməsi ilə bağlı da sənəd imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR