İran prezidentinin müşaviri: “İranda hər hansı din xadiminin açıqlaması dövlətin mövqeyini əks etdirmir”

İran prezidentinin müşaviri: “İranda hər hansı din xadiminin açıqlaması dövlətin mövqeyini əks etdirmir”
# 21 dekabr 2012 08:20 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “İranda hər hansı din xadiminin açıqlaması dövlətin mövqeyini əks etdirmir”.

APA-nın məlumatına görə, bu fikirləri İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad mətbuat konfransında deyib. O bildirib ki, bu din xadimləri hətta İran hökumətinin fəaliyyətini, cəmiyyətdəki müəyyən tendensiyaları tənqid edirlər: “Hər dövlətin siyasi xətti onun daxili işidir. Bu baxımdan İranda deyilmiş sözləri bizim dövlətin mövqeyi kimi qiymətləndirmək düzgün deyil. Həmçinin də, Azərbaycanda ictimai qurumların fikirləri dövlətin mövqeyi kimi dəyərləndirilmir”.

M. Xürrəmşad qeyd edib ki, dövləti təmsil etməyənlərin mövqeyinin rəsmi mövqe kimi dəyərləndirilməsi cəmiyyətlərimiz arasında anlaşılmazlıq yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR