“İnter” qış çempionu oldu!

“İnter” qış çempionu oldu!
# 25 dekabr 2012 17:05 (UTC +04:00)

Bu gün Topaz Premyer Liqasında VII turdan təxirə salınan 1 oyun baş tutub. Apasport.az saytının məlumatına görə, 2012-ci ilə “Şəfa” stadionunda keçirilən Bakı derbisi ilə yekun vurulub. “İnter” cari mövsümdə hələ üzləşmədiyi “Neftçi”ni qonaq edib.

Oyundan öncə “bankirlər” qış çempionluğuna, həmşəhərliləri isə potensial liderliyə iddialı idi. İntizam Komitəsinin “Rəvan”a texniki məğlubiyyət verməsi ilə liderliyə yüksələn “Simurq”u ötmək üçün meydan sahiblərinə heç-heçə də bəs edirdi.

Elə hər şey “İnter”in istədiyi kimi olub. Hesabı “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales açsa da, hələ ilk yarıda Samir Zərgərovun Asif Məmmədovla əvəzlənməsi “bankirlər”in aktivləşməsinə səbəb olub. Ancaq “İnter” çoxsaylı qol imkanlarından yalnız birindən yararlana bilib. Seneqallı yarımmüdafiəçi İbrahima Niassenin qolu hesabın 1:1 başa çatmasına səbəb olub. Bu isə “İnter”in qış çempionu olması deməkdir...

VII turdan təxirə salınan oyun 25 dekabr

“İnter” – “Neftçi” - 1:1

QOLLAR: İbrahima Niasse, 74 - Nikolas Kanales, 11

Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Rza Məmmədov, Fariz Yusifov Bakı. “Şəfa” stadionu

“İnter”: 1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze

Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 13. Coşqun Diniyev, 30. İlqar Ələkbərov, 77. Ramil Masnurov, 87. Cəmil Hacıyev

Baş məşqçi: Kaxaber Sxadadze

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Elşən Abdullayev, 13. Samir Yusifov, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov

Məşqçi: Tərlan Əhmədov

komanda o q h m t x
1
İnter
18
9
7
2
19-7
34
2
Simurq
18
9
6
3
23-11
33
3
Qarabağ
18
8
7
3
23-16
31
4
Neftçi
17
9
2
6
35-23
29
5
Qəbələ
18
8
4
6
21-18
28
6
Xəzər L
18
6
6
6
24-18
24
7
AZAL 17
5
7
5
21-19
22
8
Sumqayıt
18
5
5
8
17-32
20
9
Turan
17
5
5
7
19-22
20
10
Bakı
17
3
10
4
15-13
19
11
Rəvan
18
4
4
10
16-29
16
12
Kəpəz
18
2
3
12
11-36
9

Bombardir: Nikolas Kanales (Neftçi) - 15

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR