«Azərsu» daha bir layihəni yekunlaşdırıb - FOTO

«Azərsu» daha bir layihəni yekunlaşdırıb  - <span style="color: red;">FOTO
# 01 may 2013 15:48 (UTC +04:00)

Bakı - APA-Economics. «Azərsu» ASC icrasına 2012-ci ildə başlanmış «Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması» layihəsini yekunlaşdırıb.

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, aprelin 30-da Hacıqabul rayonunu Qubalı Baloğlan kəndinə içməli suyun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Hacıqabul şəhərində su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması layihələri üzrə işləri yüksək qiymətləndirib: «Uzun illərdir içməli sudan əziyyət çəkən Qubalı Baloğlan kəndinin su problemi həllini tapıb. Yaxın vaxtlarda Hacıqabul şəhərində də su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə işlər yekunlaşacaq. Bu layihələr Hacıqabul sakinlərinin sosial problemlərinin həllinə töhfəsini verəcək».

«Azərsu» ASC-nin «Birləşmiş Sukanal» MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, dövlət başçısının ölkənin bütün şəhər və kəndlərinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir.

Qeyd edək ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kəndin içməli su mənbəyi Kür-Bakı su kəməri seçilib. Bu mənbədən Qubalı Baloğlan kəndinə 355 mm diametrli polietilen borularla 9376 metr uzunluğunda magistral su xətti çəkilib və şəbəkəyə birləşdirilib. Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ümumi tutumu 600 kubmetr olan 2 ədəd su anbarı inşa olunub, 560 abunəçiyə su sayğacı quraşdırılıb. Bununla da Qubalı Baloğlan kəndində 2865 nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Gələcəkdə kənddaxili su şəbəkəsinin yenidən qurulması da nəzərdə tutulur.

Qubalı Baloğlan kəndinin su təchizatı 1983-cü ildə yaradılıb və kəndə içməli su Pirsaatçay çayından verilirdi. Yay aylarında çayın suyunun tez-tez quruması və lilli olması su təchizatında vaxtaşırı problemlər yaradırdı. Kənddə su anbarı olmayıb, ümumi uzunluğu 4 km olan paylayıcı su xətləri isə istismara demək olar ki, yararsızdır. Kənd əhalisinin çox az hissəsi mərkəzləşdirilmiş şəbəkədən su alır, sakinlərin çoxu içməli suyu fərdi qaydada maşınlarla alırdı.

Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar «Azərsu» ASC-də həyata keçirilən Tədbirlər Planı çərçivəsində aprelin 30-da KİV nümayəndələrinin Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğular kompleksinə səfəri də təşkil olunub. Bildirilib ki, bu kompleksdə paytaxt istehlakçılarına, eləcə də bir sıra ətraf məntəqələrinə verilən Kür suyu mürəkkəb texnoloji prosesdən keçərək, 3 mərhələdə təmizlənir. Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir, daha sonra süzgəclərdən keçirilərək 142,5 km uzunluğu olan Kür-Bakı su kəmərləri ilə paytaxta ötürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR