Bidzina İvanişvili Bakı-Tiflis-Qars layihəsi ilə bağlı narahat olduğu məqamları açıqlayıb - YENİLƏNİB

Bidzina İvanişvili Bakı-Tiflis-Qars layihəsi ilə bağlı narahat olduğu məqamları açıqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 24 dekabr 2012 09:48 (UTC +04:00)

APA-Economics”in “Novosti-Qruziya”ya istinadən xəbərinə görə, baş nazir bildirib ki, layihə çox maraqlı olsa da, ilk mərhələdə iqtisadi xarakterli məsələlər açıq qalır.

“O cümlədən BTQ-nin istismara verilməsindən sonra ölkənin “köhnə” dəmiryollarında və limanlarında yükdaşımanın həcmi azala bilər” – deyə B.İvanişvili qeyd edib. O, problemlərin sonda həll olunacağına inandığını vurğulayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir layihənin dayandırılması haqqında heç nə demədiyini də açıqlayıb: “Sadəcə, Gürcüstanın daxilində hansısa köhnə dəmiryolu xəttində iqtisadi problemlər olduğunu demişəm. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinə heç bir təhlükə yoxdur. Əksinə, bu layihənin tez həyata keçməsinə kömək etmək lazımdır. Bu layihəni dayandırmaq olmaz. Mən layihəni sual altında qoymuram. Azərbaycana səfərim zamanı bu layihə haqqında fikir mübadiləsi aparacaq, eyni zamanda Gürcüstan iqtisadiyyatının inkişafı məsələsini də gündəmə gətirəcəyik”.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR