ABŞ Dövlət Departamenti Robert Bradtkenin missiyasının başa çatdığını rəsmən təsdiqləyib

ABŞ Dövlət Departamenti Robert Bradtkenin missiyasının başa çatdığını rəsmən təsdiqləyib
# 24 dekabr 2012 07:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Ötən həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin səlahiyyət müddəti başa çatıb. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. O bildirib ki, dekabrın 21-də Dövlət Departamenti həmsədr vəzifəsinə müvəqqəti olaraq Yan Kellini təyin edib: “Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəflərə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR