Məktəblilərin daha çox maraq göstərdiyi fənn açıqlanıb

Məktəblilərin daha çox maraq göstərdiyi fənn açıqlanıb
# 26 noyabr 2012 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il məktəblilərin payız tətilində təşkil olunan “Bilik yarış”ında 100 minə yaxın məktəbli iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, yarış VII – XI sinif şagirdləri üçün nəzərdə tutulsa da, iştirakçılar arasında V-VII sinif şagirdləri daha çox üstünlük təşkil edir.

Bu il yarışa qatılan şagirdlərin maraqlandıqları gənclərin reytinqində dəyişiklik olub. Belə ki, bu vaxta kimi reytinqdə Azərbaycan dili və ədəbiyyat daha çox üstünlük təşkil edirdisə, bu il ilk dəfə olaraq reytinqdə yüksək yeri riyaziyyat fənni tutub.

Qeyd edək ki, noyabrın 15-də start götürən yarış ənənəvi olaraq 3 mərhələdə baş tutacaq. Birinci – rayon mərhələsi bütün fənlər üzrə V – XI sinifləri əhatə edib. İkinci - şəhər mərhələsi isə VII – XI sinif şagirdləri üçün dekabrın 9–da 9 fənn üzrə keçiriləcək. Bu mərhələdən qalib çıxmış şagirdlər yanvar ayında təşkil olunacaq olimpiadanın respublika mərhələsində iştirak hüququ qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR