Azərbaycan prezidenti BƏƏ-nin iqtisadiyyat nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti BƏƏ-nin iqtisadiyyat nazirinin müavinini qəbul edib
# 14 noyabr 2012 12:03 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Dubay Ticarət və Sənaye Palatasının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda açılmasının əhəmiyyəti vurğulanıb, Palatanın ölkələr arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR