İtaliyanın «CMC» şirkəti Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədir

İtaliyanın «CMC» şirkəti Azərbaycandakı layihələrdə iştirak etmək niyyətindədir
# 28 noyabr 2012 07:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliyanın «CMC» şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «CMC» İtaliyanın 6-cı böyük inşaat şirkəti hesab olunur. 1901-ci ildə Ravenna şəhərinin bənna və sementçilər kooperativi kimi yaranmış şirkət 1975-ci ildən etibarən dünya bazarında fəal çalışır. Şirkətin illik dövriyyəsi 2010-cu ildə 850 mln. avro təşkil edib ki, gəlirlərin təqribən yarısı xarici bazarlardan əldə edilib.

«CMC» şirkətinin nümayəndəsi Azərbaycan şirkətləri ilə nəqliyyat infrastrukturu (şose, dəmir yolları, metro, tunel, körpü və s.), energetika layihələri (SES-lər), su təsərrüfatı obyektləri (dambalar, tunellər, çirkab suların təmizlənməsi üzrə iri sistemlər), sahil mühafizəsi və liman işləri kimi tikinti infrastrukturu layihələrində əməkdaşlıq etmək niyyətindədir.

Maraq göstəriləcəyi təqdirdə, şirkətin nümayəndələri Azərbaycana səfər edərək aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR