Fizuli Ələkbərov yerli struktur rəhbərlərinə tapşırıqlar verib

Fizuli Ələkbərov yerli struktur rəhbərlərinə tapşırıqlar verib
# 14 noyabr 2012 16:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərovun sədrliyi ilə nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində sosial xidmətin keyfiyyətinin artırılması məsələlərinin müzakirəsinə və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda sosial xidmət müəssisələrinin fəaliyyəti və həmin müəssisələrdə göstərilən xidmətin vəziyyəti təhlil olunub. Həmçinin iclasda İşgəncələr Əleyhinə Komitənin Göygöl 8 saylı internat evində apardığı monitorinqin nəticələri və Komitənin nazirliyə təqdim etdiyi tövsiyələri geniş müzakirə edilib.

İclasda nazirliyin tabeliyindəki bir sıra sosial xidmət müəssisələrində - Şağan 3 saylı, Saray 7 saylı və Buzovna 9 saylı internat evlərində son vaxtlarda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra nümunəvi şərait yaradıldığı, digər internat və pansionatlarda bu istiqamətdə işlərin davam etdirildiyi qeyd olunub. Eyni zamanda həmin müəssisələrdə dövlət himayəsində yaşayan insanların hərtərəfli təminatının yaxşılaşdırılması işlərinin aparıldığı da vurğulanıb.

Nazir Fizuli Ələkbərov internat və pansionatlarda müasir tələblərə uyğun şəraitin yaradılması işlərinin sürətləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi işlərində mütərəqqi beynəlxalq təcrübədən istifadənin genişləndirilməsi, bu sahədə görülən işlərdə İşgəncələr Əleyhinə Komitənin müvafiq tövsiyələrinin nəzərə alınması, sosial xidmət müəssisələrində qışa hazırlıqla bağlı işlərin tam başa çatdırılması, o cümlədən istilik sisteminin tam işlək vəziyyətə gətirilməsi və s. barədə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR