«Flydubai» Azərbaycanda fəaliyyət göstərən agentliklərinin işlərini sadələşdirəcək saziş imzalayıb

«Flydubai» Azərbaycanda fəaliyyət göstərən agentliklərinin işlərini sadələşdirəcək saziş imzalayıb
# 17 dekabr 2012 13:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. «Flydubai» aviaşirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) və «Hahn Air» şirkəti ilə Hesablaşmaların Planlaşdırılması və Qarşılıqlı Hesablaşma (SBP) haqqında saziş imzalanıb.

Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, artıq daha çox turizm şirkəti hava daşıyıcısının münasib qiymətli aviareyslərindən faydalana biləcək. SBP sistemi turizm operatorları üçün satış proseduraları və hesablaşmaları sadələşdirir. Eyni zamanda SBP sayəsində «Flydubai» aviaşirkətinin əhatə dairəsi genişlənəcək.

Qeyd edək ki, 2011-ci ildə «Flydubai» qlobal bölüşdürücü sistem (GDS), «Sabre», «Travelport» və «Amadeus» provayderləri ilə müvafiq müqavilələr imzalayıb.

Xatırladaq ki, IATA Birləşmiş Ərəb Əmirlikləri hüdudlarında «Flydubai»ın hesablarını idarə edir. Ötən ilin sonu üçün təşkilat 88 SBP sisteminə malik olub. Sistem 176 ölkə və ərazini əhatə edərək, ümumi dövriyyəsi 248,8 mlrd. ABŞ dolları təşkil edən 400 aviaşirkətə xidmət göstərib.

Biletlərin satışı ilə məşğul olan “Hahn Air” şirkəti Səudiyyə Ərəbistanı, Küveyt və Hindistan daxil olmaqla, «Flydubai» aviaşirkətinin beynəlxalq satış əməliyyatlarını həyata keçirəcək. Sadə proseduralar, qənaət və maliyyə risklərinin daha geniş şəkildə idarə edilməsi BSP sisteminin əsas üstünlükləridir. Sistem hesablaşma əməliyyatlarını sadələşdirərək, turizm şirkətlərinə satışları daha effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR