Dow Jones indeksi 0,6%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,2% enib
# 06 dekabr 2012 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 035 bəndədək, S&P 500 0,2% - 1 409 bəndədək yüksəlib, Nasdaq 0,2% - 2 974 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ölkənin xidmət sahəsində işgüzar fəallığı indeksi noyabr ayında 0,5 faiz bəndi artaraq 54,7%-ə çatıb, sənaye sifarişləri oktyabrda 0,8% artıb, özəl şirkətlərdə iş yerlərin sayı noyabrda 118 min artıb.

Avropa fond bazarlarında dekabrın 5-də FTSE 100 indeksi 0,4% - 5 892 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 455 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 591 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 691,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3056 (-0,5%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR