Ramiz Mehdiyev: “Ziyalılar Forumu Azərbaycan ziyalılarını təmsil etmir”

Ramiz Mehdiyev: “Ziyalılar Forumu Azərbaycan ziyalılarını təmsil etmir”
# 03 dekabr 2012 09:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib.

“Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər”, - deyə R. Mehdiyev qeyd edib.

PA rəhbəri Azərbaycanın gələcəyi üçün bu forumun heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Azərbaycanda vətənpərvər, dövlətin siyasətini dəstəkləyən ziyalıların sayı yüz minlərlədir. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var. O planların icrası, nailiyyətlərimiz göz qabağındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR