Bakı Dövlət Universiteti ikili diplom verəcək

Bakı Dövlət Universiteti ikili diplom verəcək
# 08 noyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Bu ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən məzunlar ikili diploma sahib olacaqlar. Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.
A. Məhərrəmovun sözlərinə görə, bu addım Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Türkiyənin Yabançı Öyrənci Sınağı (YÖS) arasında əldə olunan razılığa əsasən, atılacaq: “Həmin razılığa əsasən, bu il həm Türkiyənin Ankara Universitetinin, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 30 tələbə qəbul edilib. Həmin 30 nəfərin diplomları həm Türkiyədə, həm də Azərbaycanda tanınacaq. Düşünürəm ki, bu iki ölkə təhsili arasında mövcud əlaqələrin daha da yaxşılaşması üçün ilk radikal addımlardan biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR