Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhəri, Yasamal rayonunda "Azərsun" Tikinti Şirkəti tərəfindən inşa olunan binada yanğın olub. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verib.
Yanğın nəticəsində binanın E blokunun çöl divarına vurulmuş 1-ci mərtəbəsindən 8-ci mərtəbəsinə kimi şüşə-pambıq üzlük yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.