Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə üzrə strategiya hazırlanır

Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə üzrə strategiya hazırlanır
# 30 noyabr 2012 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə üzrə xüsusi strategiya hazırlanır. APA-nın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaraçayev “Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışında deyib. Hakim bildirib ki, yeni hazırlan strategiya dövlət qurumları üçün təlimat şəklində olacaq. C. Qaraçayevin sözlərinə görə, bu proqram ictimaiyyətə təqdim olunacaq: “Qadınlara qarşı zorakılıq hallarına dünyanın bütün ölkələrində rast gəlinir. Lakin bu problemlərin hər biri həm də hüquqi baxımından həll edilməlidir. Artıq Azərbaycanda bu barədə açıq danışır. Əgər dialoq şəklində məsələlər həll olunursa, deməli bunun müsbət həllinə nail ola biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR