Naxçıvanın 7 poçt filialında AKİS sistemi üzrə pul köçürmələrinə başlanılıb

Naxçıvanın 7 poçt filialında AKİS sistemi üzrə pul köçürmələrinə başlanılıb
# 13 noyabr 2012 08:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Naxçıvan Muxtar Respublikasının tabeliyində olan Babək, Şərur, Ordubad, Şahbuz, Culfa, Sədərək və Kəngərli poçt filialları Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşularaq real rejimdə pul köçürmələri əməliyyatlarının tətbiqinə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda Ümumdünya Poçt İttifaqının tələblərinə uyğun olaraq, beynəlxalq elektron və poçt pul baratlarının mübadiləsinin AKİS vasitəsilə həyata keçirilməsinə başlanılıb. Qeyd edilənlərin nəticəsi olaraq, ötən ay AKİS-də pul köçürmələri üzrə qəbul 95% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR